İcra başçısı iki məmurla bağlı prokurorluğa müraciət etdi

13:03 - 05 İyun
    2330 oxunma

Quba Rayonunda iki vəzifəli şəxs işdən azad edilib. 

Bizimxeber.az xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin tapşırığına əsasən, rayonun Zərdabi və Talaqışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərində "DOST-İş” MMC xəttilə aztəminatlı vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması sahəsində şəffaflıq və ədalətlilik prinsiplərinə əməl olunması vəziyyəti yoxlanılıb.

Aparılan yoxlama zamanı ciddi pozuntular aşkarlanıb. Hər iki icra nümayəndəsi tərəfindən ödəmə kartlarının mənimsənilməsi, yaxın qohumlarının ödənişli ictimai işlərə cəlb olunması və digər hallar müəyyən olunub. Zərdabi İƏD üzrə nümayəndə Nəcəfov Ramin Rasif oğlu və Talaqışlaq İƏD üzrə nümayəndə Heybətov Şahin Nizam oğlu tutduqları vəzifədən azad ediliblər.

Onların əməllərinə hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına müraciət olunub. Məlumatı Quba Rayon İcra Hakimiyyətindən saytımıza təsdiq ediblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84