Hərbi təlimlərimiz ABŞ-dakı ermənipərəstləri də narahat edib

17:37 - 22 May
    720 oxunma

Ermənistanın  ABŞ-dakı havadarları Azərbaycanın keçirdiyi genişmiqyaslı hərbi təlimlərindən bərk narahat olublar. 

Belə ki, ABŞ-ın “Ay Data” Komitəsinin rəhbərləri və Konqresin erməni məsələləri üzrə komitəsinin həmsədri Frank Pallone Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı hərbi təlimlərin təhlükələri ilə əlaqədar ABŞ administrasiyasına və Minsk Qrupunun həmsədrlərinə iki ayrı-ayrı məktub göndərib. 

Bizimxeber.az “Armenpress”ə istinadən xəbər verir ki, bəyanatda, Azərbaycanın keçirdiyi hərbi təlimlər zamanı meydana çıxa biləcək ciddi təhlükələr mövcudluğu əks olunub: "Biz ABŞ administrasiyasını və beynəlxalq ictimaiyyəti pandemiya şəraitində Azərbaycanın tələsik hərəkətləri barədə xəbərdar etmək üçün, təşəbbüsə qoşulan Frank Pallona və bütün şəxslərə təşəkkür etmək istərdik", — deyə ANCA-nın əlaqələr üzrə direktoru Tereza Yerimyan bildirib. 

Frank Pallone və Amerika Erməni Milli Komitəsinin rəhbərləri ABŞ-ın dövlət katibi Mayk Pompeo və ABŞ-ın müdafiə naziri Mark Esperə və ATƏT-in Minsk qrupunun həmsədrlərinə  məktub göndərib. Onlar bu hərbi təlimlərin təhlükəli olduğunu, diplomatik sazişləri pozduğunu və koronavirusun dünyada yüz minlərlə insanın həyatına son qoyduğu bir vaxtda Cənubi Qafqazda sabitliyin pozulmasına səbəb ola biləcəyini məktubda qeyd ediblər. 

Onlar öz məktublarında ABŞ administrasiyasını və ATƏT-in Minsk qrupunun həmsədrlərini Azərbaycanda hərbi təlimləri açıq şəkildə pisləməyə çağırıblar.

Bizimxeber.az
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84