“Hər bacıya bir sırğa paylamaq xətti davam edəcəksə...” - Media Agentliyi hansı yeniliklərlə gəlir?  

18:36 - 13 Yanvar
    1250 oxunma

Qeyd edək ki, Prezident İlham Əliyevin fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

Fərmandan sonra media qurumları və ekspertlər bu qurumun yaradılmasını milli mətbuatımızın inkişafı tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndiriblər. Onların fikrincə, bu, Azərbaycanda azad mətbuatın formalaşmasında və informasiya maraqlarının təmin edilməsində yeni səhifə açacaq.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, “Pressklub” saytının rəhbəri Arif Əliyev Bizim-Media-ya açıqlamasında yeni yaradılan Agentliyin necə və hansı şərtlərlə fəaliyyət göstərəcəyini indidən təhlil etməyin bir qədər çətin olduğunu bildirib:

“Medianın İnkişafı Agentliyinin gələcək fəaliyyəti ilə bağlı qəbul olunmuş sənəddə müəyyən konturlar var. Amma bunlar kifayət etmir. Fərmanın yaradılması ondan xəbər verir ki, dövlət bu sahənin çox problemli olduğunu dərk edir və bunu etiraf edir. Həmçinin dəyişikliklər etmək istəyir. Orada müəyyən fəaliyyət sahələri göstərilib. Yeni qanun layihəsi hazırlanacaq”.

Arif Əliyevin qənaətinə görə, dövlət qurumunun müsbət nəticələr verəcəyini söyləmək üçün daha artıq məlumata sahib olmaq lazımdır:

“Biz hələ bilmirik ki, Agentlik hansı konsepsiyanı həyata keçirəcək. KİVDF kimi hər bacıya bir sırğa paylamaq xətti davam etdiriləcəkmi, yoxsa həqiqətən medianın inkişafı üçün ciddi addımlar atılacaq? Bunun üçün əlavə sənədlərlə tanış olmalıyıq. Hesab edirəm ki, media və ictimai təşkilatlar haqqında qanuna yenidən baxılmalıdır. Burada məhdudiyyətlər həddindən artıq çoxdur”.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin fikrincə, hakimiyyət hansı addımları atacağını və medianı necə görmək fikrində olduğunu açıqlamadığından bu məsələ qaranlıqdır:

“Hakimiyyətin Əli Həsənovu və KİVDF rəhbərliyini uzaqlaşdırması, yeni qurumun yaradılması haqda fərmanı onu göstərir ki, bu sahələrdə narazılıq var idi, düzgün siyasət aparılmırdı. İlk növbədə hakimiyyət bəyan etməlidir ki, media siyasətində dönüş olacaq və yeni mərhələyə qədəm qoyulacaq. Bu siyasətin nədən ibarət olması bizə aydın olmalıdır. İndiyə qədər bu konsepsiya yoxdur. Əslində biz istəyirik ki, Azərbaycan mətbuatı azad, məsuliyyətli, cəmiyyətə xeyir verən, keyfiyyətli olsun və özünü dolandıra bilsin. İndi biznes sferasıdır və hər kəs yaşamaq üçün qazanmaq istəyir”.

Agentlik direkroru əlavə edib ki, vaxtilə yaradılan Azərbaycan Mətbuat Şurası da mətbuatın inkişafı sahəsində özünü doğrultmayıb: “Qurum ona görə yaradıldı ki, özünü tənzimləmək, ictimai qınaq, peşə kodeksinə əməl etmək və digər mexanizmlər kimi məsələlər həyata keçsin. Bunların heç biri işləmir”.

Bizixmeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84