Həbs edilən və işdən çıxarılan İH başçılarından bu qədər cərimə alınacaq

13:50 - 01 Avqust
    3535 oxunma

"Həbs edilən və işdən çıxarılan icra hakimiyyəti başçılarından 30 milyon manat alınacaq". Bunu iqtisadçı ekspert Samir Əliyev 2020-ci ilin dövlət büdcəsinə ediləcək dəyişikliklərdən danışarkən deyib. 

Onun sözlərinə görə, dəyişikliyə əsasən, cərimələrdən daxilolmalar 16,9 milyon manatdır: "Hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq tədbirləri nəticəsində dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlakın satışından daxilolmalar isə 30,0 milyon manat nəzərdə tutulur: "Yəni camaatdan 16,9 milyon AZN, həbs edilən və işdən çıxarılan icra hakimiyyəti başçılarından isə 30 milyon manat alınacaq".

Qeyd edək ki, Maliyyə Nazirliyi Nazirlər Kabinetinə 2020-ci il büdcəsinə dəyişiklik edilməsi ilə bağlı müraciət edib.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84