"Express Bank" ölkə başçısının sözlərinə əməl etmədi - VİDEO

11:58 - 31 İyul
    5105 oxunma

"Express Bank" prezident İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı bildirib ki, "Banklara 2 milyard manat resurs verilib və yenə də kreditləşmədə istehlak kreditləri üstünlük təşkil edir. Bu da çox təhlükəli tendensiya ola bilər". 

Bizimxeber.az xəbər verir ki,"Express Bank" cari ilin ikinci rübündə açıqladığı hesabata görə, bankın müştərilərinə verdiyi kreditlər 215 mln. 815 min manat olub. Ölkə başçısı İlham Əliyev bununla bağlı "Biz elə etməliyik ki, bank sektoru daha çox real sektoru dəstəkləsin. Ona görə biznes kreditlərinin verilməsində, baxın, hansı mexanizm olmalıdır ki, həm banklar maraqlı olsun, həm də Mərkəzi Bank buna nəzarət etsin" fikrini qeyd edib.

Buna baxmayaraq, "Express Bank"ın biznes kreditləri 2020 - ci ilin ilk yarısında 67 mln. 364 min manat olub ki, bu da 2019 - cu ilin müvafiq dövrü ilə müqayisədə isə 29 mln. 121 min manat azdır.

Baş verəcək devalvasiya yenidən bankları çətin vəziyyətə salacaq. Bu siyahıya isə "Express Bank"ın liderlik etməsi qaçınılmazdır.

Qeyd edək ki, bankın mövqeyini dərc etməyə hazırıq. /Kommersant.az/

Express Bank

2019 (II rüb)

2020 (II rüb)

Fərq

Kreditlər

245,354

215,815

(- 29,539)

İstehlak

148,668

120,119

(- 28,549)

Biznes

96,485

67,364

(- 29,121)


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84