.
.

Ermənistana qanunsuz göndərilən tank avadanlığı gömrükdə tutuldu

14:46 - 06 Aprel
    15480 oxunma

Rusiyanın Ural regionu üzrə gömrüyü nümayəndələri tank stabilizatorunun ehtiyat hissələrini Ermənistana göndərmək cəhdinin qarşısını alıblar. 

Bizimxeber.az bildirir ki, bu barədə Ural Gömrük İdarəsinin mətbuat xidməti məlumat yayıb. 

Məlumatda qeyd edilir ki, "Hərbi təyinatlı məhsullar - 37 tezlik stabilizatorları - 8l026p və tank stabilizatorunun idarə edilməsi bloku üçün 30 polarizə edilmiş RP-5 röleleri Ural (Çelyabinsk vilayəti) sakini adından kuryer xidməti vasitəsilə göndərilib". Məlumata görə, çatdırılmanın təşkili üçün naməlum şəxs nəqliyyat-logistika şirkətinə ixrac üçün saxta etibarnamə təqdim edib.

Gömrükdəki araşdırma zamanı bəlli olub ki, hərbi avadanlığı qanunsuz göndərən şəxs identifikasiya nömrələrini gizlətmək üçün onlara yeni bir görünüş verib, hətta stabilizatorları yenidən boyayıb.

Qeyd edək ki, bu stabilizatorlar hərbi texnikada, o cümlədən T-72 tanklarında quraşdırılır və sərbəst satış üçün qadağandır. 

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 226.1-ci ("hərbi texnikanın materiallarının və avadanlığının qaçaqmalçılığı") maddəsi ilə cinayət işi başlanılıb. Cəza kimi yeddi ilədək azadlıqdan məhrum etmə və bir milyon rubla qədər cərimə edilməsini nəzərdə tutur.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84