Əməkdar artist canlı efirdə göz yaşı tökdü: “Övladlarım elə bilirdi ki, onları atmışam” - VİDEO

21:40 - 06 İyun
    1795 oxunma

“Həyatda elə bir insan yoxdur ki, onun çətinlikləri olmasın. Birinin payına bi raz çox, digərinin isə az düşür. Ona görə deyirlər ki, talelər qəribədir. Bu həyatda çətinliklərim çox olub. Hər şeyə dözmək olar, amma vicdan əzabına yox. İnsanın içi göynəyir”.

Bizimxeber.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli ATV televiziyasında yayımlanan “Ən yaxşısı” axşam şousunda qonaq olarkən deyib.

Proqramda həyat arxivini vərəqləyən sənətçi illər öncə aylarla qastrol səfərlərinə getdiyindən övladlarından ayrı qaldığı söyləyib.

O, uşaqlarına zaman ayıra bilmədiyi üçün vicdan əzabı keçirdiyini bildirərək, göz yaşlarına hakim ola bilməyib: “Buradan analara səslənib deyirəm ki, çalışın, uşaqlarınızı özünüz böyüdün. Ən çox kiçik yaşlarında ana lazım olur. O zaman uşaqlarımdan doymadım. İndi baxıb görürəm ki, böyüyüblər. Özümə sual verirəm ki, o balaca uşaqlarım hara getdi? Övladlarım körpə idi, mən isə çalışıb evə çörək gətirməliydim. Məcbur idim onlardan ayrı qalmağa. Ülkərin (qızı – red.) bir yaşı var idi. Onu anamın, bacımın yanında qoydum. Kərim (oğlu – red.) isə yeddi yaşına kimi yanımda olub. Bilmədim ki, uşaqlarım necə böyüdülər. Aylarla xarici ölkələrdə qastrol səfərlərinə getdim. Uşaqlarım yoxluğumu görüb elə zənn etmişdirlər ki, onları atmışam. Buna görə hər zaman vicdan əzabı çəkirəm (ağlayır). Kərimlə Ülkərin mənə ehtiyacı olanda yanında olmadığım üçün çox üzülürəm. Elə bir vəziyyətə düşürdüm ki, o anda heç balalarım yadıma düşmürdü. Əslində düşür, amma nə edəsən?!”.

Qeyd edək ki, Əməkdar artist Mətanət İsgəndərli boşanan məşhurlardandır. Sənətçinin iki ailə qurmuş övladı var.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84