Dövlət Xəzinədarlıq Agentliyində xoşagəlməz mühit...

11:27 - 17 İyun
    21045 oxunma

Elman Piriyev maliyyə mütəxəssisi olan gəncləri yenə qapı arxasında qoyur

Ötən ilin yanvar ayında ölkə başçısı bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Həmin Fərmana əsasən, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi yaradılıb. araz.az saytına daxil olan məlumata görə, yaxın iki ay müddətində strukturlaşdırılması davam etdirilən bu Agentliyin tam fəaliyyətə başlaması, rayonlardakı yerli maliyyə idarələrinin də onun tərkibinə veriləcəyi və regional qurumlar yaradılacağı planlaşdırılıb.

Əldə etdiyimiz bu məlumatdakı maraqlı məqam ondan ibarətdir ki, Dövlət Xəzinədarlığı Agentliyinin direktoru Elman Piriyev regional idarələrə öz yaxın adamlarını və kadrlarını yerləşdirməyə başlayıb. Bu yaxınlarda isə, onun nazirlikdəki “şef”i ilə görüşərək, ona, marağına uyğun tərtib etdiyi öz siyahısını təqdim etdiyi bildirilib.

Qeyd edək ki, az müddət ərzində yaranmasına baxmayaraq, nazirlik içində nazirliyə çevrilən Dövlət Xəzinədarlığı Agentliyi tam fəaliyyətə başlayandan sonra böyük bir qurum olacaq. Çünki regional idarələri özündə birləşdirən bu Agentlik rayonların büdcəsinə nəzarət funksyasını həyata keçirəcək.

Aldığımız məlumata görə, artıq, indidən Agentliyin regional idarələrinin rəisi vəzifəsi uğrunda ciddi mübarizə başlayıb. Bəziləri Dövlət Xəzinədarlığı Agentliyi direktorunun nazir Samir Şərifova, bəziləri isə, nazir müavini Azər Bayramova “yol” taparaq, regional idarələrin başına öz adamlarını gətirmək üçün “dəridən-qabıqdan çıxdığını” deyirlər. Bunu öncədən bildiyinə görə, Elman Piriyev əsas idarələrə öz adamlarını yerləşdirmək üçün, tərtib etdiyi həmin siyahısını artıq Azər Bayramova təqdim edib.

Agentlik direktorunun öz adamlarını önə çəkməsi isə, Maliyyə Nazirliyində dövlət qulluğu ilə işə qəbul olunan bir çox gənc kadrların narazılığına səbəb olub. Çünki yeni maliyyə sistemini köhnə kadrlardan heç də pis biməyən gənc kadrlar “arxasızlıq” ucbatından haqq etdikləri vəzifələrdən kənarda qalacaqlarını düşünürlər.

Saytımıza verilən məlumata görə, Elman Piriyevin və “şefi”nin hazırladığı siyahıda adı olanların çoxu müasir maliyyə sistemini yaxşı bildikləri üçün deyil, məhz onların öz kadrları, yaxın adamları olduqlarına görədir. Nazirlikdəki etibarlı mənbəmiz qeyd edir ki, siyahıda yer alan şəxslərin böyük əksəriyyəti korrupsiyaya bulaşmış şəxslərdir.

Onların hansı metodla işləyəcəyi isə, heç kimdə şübhə doğurmur. Mənbə qeyd edib ki, Elman Piriyevin və Azər Bayramovun yürütdüyü kadr siyasəti ölkə prezidentinin apardığı islahatlarla üst-üstə düşmür. Əslində, ölkənin yeni maliyyə sisteminin nüvəsində yer alan kadrlar prezidentin apardığı islahatlarla daban-dabana ziddiyyət təşkil edir. Siyahı ilə bağlı nazir Samir Şərifov hələ son sözünü deməsə də, Azər Bayramovun siyahlya “yaşıl işıq yandırması” Elman Piriyevin kadrlarının böyük əksəriyyətinin təyinat alacağına şübhə doğurmur.

Bu vacib məsələ ilə bağlı araşdırmamız davam edir və yaxın günlərdə adı çəkilən Agentlik ətrafında baş verən digər xoşagəlməzliklər barədə də, ətraflı məlumat verəcəyik./araz.az/


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84