“Dövlət borcu artır. Bu pulları hara xərcləyiblər?“ - Erməni deputat

17:00 - 15 Sentyabr
    1350 oxunma

“Ermənistan hökumətinin binası qarşısında hər gün etiraz aksiyaları keçirilir”. 

Bizimxeber.az “Report”a istinadla xəbər verir ki, bunu Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Sarukyan İcevan şəhərində yerli sakinlərlə görüşündə bildirib. “Dövlət borcu artır. Bu pulları hara xərcləyiblər? Hakimiyyətdəki məsul şəxslər təcrübəli insanlar olmalı, başçılıq etdikləri sahəni bilməlidirlər”, - Q.Sarukyan vurğulayıb. 

O qeyd edib ki, səlahiyyətli şəxslər insanların sosial vəziyyətini yüngülləşdirə bilsəydi, problemlər aradan qalxardı. Q.Sarukyan daha sonra ölkədəki hazırkı vəziyyətin dəhşətli dərəcədə ağır olduğunu və daha da ağırlaşacağını vurğulayıb. Çiçəklənən Ermənistan Partiyasından olan deputat Mikael Melkumyan da ölkədəki durumu tənqid edib: 

“Kobud şəkildə ifadə etsək, Ermənistan iqtisadiyyatı çox bərbad vəziyyətdədir. Bizim “aclıqdır” deməyimiz mağazalarda bu və ya başqa ərzaq mallarının olmaması demək deyil. Həmin malları almaq üçün əhalinin pulu yoxdur. İstənilən iş adamı məhsul idxal edə bilər. Ancaq əhalinin tələbatı ötən illə müqayisədə 15-20% azalıb. Daha doğrusu, əhali pulsuzluqdan ehtiyacı olan malları əldə edə bilmir”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84