“DTX-nın əməliyyatları nəticəsində korrupsiya əməllərini gördük”

12:33 - 05 İyun
    1615 oxunma

“Hesablama Palatasının rəyinə görə, 26 dövlət proqramı dövlət büdcəsinin icrası ilə bağlı hesabatda əks olunmur”.

Bizimxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva deyib. O bildirib ki, dövlət proqramlarının icrasında şəffaflıq təmin olunmalıdır: “Dövlət proqramının icrası ilə bağlı məlumatlar nəyə görə bu sənəddə əksini tapmamalıdır?

Bu, çox vacib sualdır. 26 dövlət proqramının 3-ü birbaşa mədəniyyətlə bağlıdır. DTX-nın Mədəniyyət Nazirliyində apardığı əməliyyatlar nəticəsində burada korrupsiya əməllərini gördük. Ona görə də dövlət proqramlarının icrası ilə bağlı məlumatlar mütləq qeyd edilməlidir. Şəffaflıq dövlət proqramlarının icrası prosesində də əksini tapmalıdır. Məlumat bazasını tam yarada bilmiriksə, burada hansısa şəffaflıqdan danışa bilmərik”.

Maliyyə naziri Samir Şərifov bildirib ki, “2019-cu ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatlar üçün vacib məsələlərdən biri Hesablama Palatasının rəyidir: “Hesablama Palatasının rəyində müəyyən fikirlər var. Biz onların bəzisi ilə razıyıq, bəzisi ilə qəti razı deyilik. Amma bu, normal bir prosesdir. Fikrimcə, demokratiyanın bir növüdür. Biz bu məsələlərə çox hörmətlə yanaşırıq”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84