Dönər biznesi ilə məşğul olanların NƏZƏRİNƏ

11:59 - 15 Sentyabr
    965 oxunma

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət qurumları ilə birgə dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə yeni layihəyə start verir”.

Bzimxeber.az bildirir ki, bunu onlayn mətbuat konfransında AQTA-nın Qeydiyyat və sahibkarlarla əməkdaşlıq şöbəsinin müdiri Orxan Mikayıl deyib., bildirib ki, layihə Azərbaycanda nümunəvi biznesin yaradılmasını özündə birləşdirir: “Bununla da onların rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində beynəlxalq standartlara cavab verilməsi təşkil edilir. Bununla yanaşı sahibkarların əhaliyə tam və təhlükəsizlik qida təmin etməsi üçün imkanlar genişləndirilir. Bura avadanlıqlar, eyni zamanda obyektin texniki baxımdan saz vəziyyətə gətirilməsi daxildir”.

O. Mikayıl layihədə iştirak edən sahibkarlıq subyektlərində müvafiq qiymətləndirmə aparıldığını vurğulayıb: “Eyni zamanda lazımı təşkilati və texniki dəstəyi göstərəcəyik. Layihə dövlət qurumlarının vəsaiti hesabına icra olunacaq”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84