.
.

Bu rəsmi qurumlar satınalmalarda fırıldaqla məşğul olub - Hesablama Palatası

14:22 - 05 Aprel
    15640 oxunma

Bir sıra dövlət qurumları satınalma ilə bağlı müqavilələri reyestr siyahısında göstərməyib.

Bizimxeber.az bildirir ki, bu barədə Hesablama Palatasının 2020-ci il üzrə hesabatında deyilir. 

Hesabatda qeyd olunur ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Meliorasiya və Su Təsərrüfatı ASC, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Nəqliyyat Agentliyi, Təhsil Nazirliyi, "Azərsu" ASC, “Bakı Metropoliteni” QSC və s. təşkilatların bəzi xərclərinin aparılmasına verilmiş bir mənbədən satınalma üsuluna dair razılıq sənədləri və bu əsasdan bağlanmış müqavilələr reyestr siyahısında göstərilməyib.

Bir mənbədən satınalma metodunun tətbiqi ilə keçirilən satınalmaların illik hesabatda olmaması məlumat bazasının tam formalaşmamasına və satınalmaların sayının azalmasına səbəb olur.

Hesablama Palatası aparılan nəzarət tədbirləri, xüsusən maliyyə və uyğunluq auditləri zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 17 və 20-ci maddələrinin tələblərinin pozulması hallarının əhəmiyyətli sayda mövcud olmasını müəyyən etmişdir.

Satınalma keçirilmədən büdcə vəsaitlərinin xərclənməsi qanun pozuntusu olmaqla yanaşı, istifadə edilmiş büdcə vəsaitlərinin dövlət satınalması ilə əhatə olunmaması və hesabatda əks olunmaması ilə nəticələnir.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84