Bu partiyalar Milli Şuranı boykot etdilər: “Büdpərəst təfəkkürlə qurulan təşkilata...“

22:23 - 16 May
    5695 oxunma

Demokratik Qüvvələrin Milli Şurası son günlərdə daxildə baş verən çəkişmələr, fikir ayrılıqlarının olması, istefaların baş alıb getməsi ilə gündəmdədir. Son olaraq, Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevin istefa qərarı müzakirələrə səbəb oldu.

Bəs maraqlıdır, digər siyasi təşkilatların rəhbərləri, siyasi qüvvələr Milli Şuraya qoşulmaq haqqında düşünürlərmi?

Bizimxeber.az xəbər verir ki, bu barədə Modern.az-a danışan Ümid Partiyasının sədri İqbal Ağazadə vurğulayıb ki, onun üçün Milli Şura anlayışı heç zaman böyük bir anlayış olmayıb:

“Siyasətdə heç bir zaman təsir imkanları olmayan qurumdur. Azərbaycan Xalq Cəbhəsi Partiyası var. Onu siyasi partiya olaraq qəbul edirəm. Milli Şura isə sadəcə AXCP-nin bazasında, kənardan da bir neçə insanın qoşulması ilə yaradılan formal bir təşkilat olub. İdarəetmə, imkanlar AXCP-də olub. Milli Şura 2013-cü il prezident seçkilərindən sonra faktiki yoxdur.

Ümumiyyətlə, bizim bu dönəmdə hansısa siyasi bloklara qoşulmaq niyyətimiz yoxdur. Fəaliyyətimizi davam etdiririk, karantin rejimi bitəndən sonra isə daha səmərəli fəaliyyətimiz olacaq”.

Respublikaçı Alternativ Partiyasının icra katibi Natiq Cəfərli də partiyanın qətiyyən Milli Şuraya qoşulmaq fikri olmadığını söyləyib:

“Bu qurumla bağlı şəxsən mənə 2013-də hər şey aydın idi. O zaman 7 dəfə danışıq apardıqdan sonra o mənasız, ipi yüz əldə olan quruma qoşulmaqdan imtina etdik. Hətta həbsdə olan sədrin təkidinə baxmayaraq imtina etdik. Çünki, dəyərləri, prinsipləri, aydın planı-proqramı olmayan, şəxs-şəxslər ətrafında büdpərəst təfəkkürlə qurulan təşkilata qoşulmaq axmaqlıq olardı. Sonradan da, indi də nə qədər haqlı olduğumuz öz təsdiqini tapdı.

Bir çox dostlar Milli Şuranın buraxılmasını tələb edir, olmayan qurum necə buraxılacaq ki?! Milli Şura yoxdur, AXCP var, o partiya özünə oyuncaq yan qurum kimi Milli Şuranı saxlayırdı ki, məsələn, xaricilərlə görüşəndə iki təmsilçi ilə getsinlər və ya daxildə hər hansı bir siyasi birlik ideyası olsa, ora hər iki qurumdan təmsilçi salaraq səsvermədə üstünlük qazansınlar - vəssalam. Bu qədər primitiv və köhnədilər”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da Milli Şurada təmsil olunmaq istəmədiyini diqqətə çatdırıb:

“Milli Şuranın apardığı siyasi xəttini müdafiə etmirik. Ümumiyyətlə, Milli Şura fəaliyyəti ilə maraqlanmıram. Zəifləməyi, dağılıb-dağılmayacağı haqqında da məlumatım yoxdur. Bir sözlə, onların mövcudluğu məni maraqlandırmır”.

Azərbaycan Liberal Demokrat Partiyasının rəhbəri Fuad Əliyevin sözlərinə görə isə Milli Şura hələ yaranmamışdan əvvəl ona məlumat verilib və üzv olmaq təklifi edilib:

“Bundan imtina etdim. Çünki o zaman prezident seçkilərində iştirakını dəstəklədiyimiz namizəd Şuranın rəhbəri Rüstəm İbrahimbəyov deyildi. 2013-cü ildən sonra isə daha da aydın oldu ki, Milli Şuranı Azərbaycanda hansı ölkə yaradıb. Bizim addımımızın düzgün olması beləliklə, sübut edildi.

Bugünkü Milli Şurada Azərbaycan Xalq Cəbhəsi Partiyasından savayı heç bir siyasi partiya təmsil olunmur. Təklif edilsə də, biz Şuraya qoşulmarıq. Milli Şura bu adı daşıya bilmədi. 2013-cü ildəki fiaskodan sonra bir neçə təşkilat Şuranı tərk etdi.

Hesab edirəm ki, Milli Şurada baş verən istefalar davamlı olacaq”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84