Bu gün Hüseyn Dəryanın doğum günüdür 

10:00 - 29 İyun
    9890 oxunma

Məhşur rep ustası Hüseyn Dərya yaşasaydı bu gün 45 yaşını qeyd edəcəkdi.  
 
“Bizimxeber”in məlumatına görə, Hüseyn Dərya (Hüseyn Cahangir oğlu Mahmudov) 1975-ci il iyunun 29-da Bakının Bakıxanov qəsəbəsində anadan olub. Ailələri 7 nəfərdən ibarət olub. SSRİ dövründə atası dövlət nəzdində olan tikinti idarəsində baş aqronom, anası isə yaşıllıq idarəsində briqadir vəzifəsində çalışıb. Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə oxumuşdur. Bu məktəb, onda vəznlərə maraq oyatmışdır.

Daha sonra Bakı Dövlət Universitetinə olunmasına baxmayaraq, Hüseyn Dərya könüllü olaraq öz təhsilindən imtina edib, əsgəri xidmətə yollanıb Qarabağ müharibəsində iştirak edib. Dörd il iki ay hərbi xidmətdə olub.

 

Yeniyetmə yaşlarından rep yazmağa və bədahətən söyləməyə başlamışdır.İlk dəfə meyxana və muğamla repi sintez edib. Əsas karyerası 2000-ci ildən başlayıb. 2000-ci illərin əvvəllərindən ifa etdiyi bir neçə mahnı dillər əzbərinə çevrilib. Daha çox "Kef elə" mahnısı ilə məşhurlaşıb və bunun sayəsində böyük fanat ordusu yarandı.


 
"Aslanskiy" nominasiyanı 15 respublika arasından Azərbaycana gətirmiş, və ondan sonra nominasiyanı MDB-də heç bir reperə verməmişlər. 2004-cü ildə "İlin ən yaxşı reperi", "İlin ifaçısı" və "İlin albomu" nominasiyalarını alıb. İlk dəfə Ü.Hacıbəyov diplomunu alıb. "Yaşa, Azərbaycan" adlı prezident mükafatına da ilk dəfə layiq görülüb.

Hüseyn Dərya müxtəlif dövrdə Elariz Məmmədoğlu, İlhamə Quliyeva, Vahid Qədim, tarzən Ramiz Quliyev, xanəndə Cabir Abdullayev və digər sənətkarlar ilə birlikdə unudulmaz layihələr həyata keçirib.


 
Efirdə açıq-aşkar etiraf edib ki, narkotik istifadə edib. Həbs olunduğu gündən istifadə etmək imkanı olmadığından 2008-ci ildə sonra narkotikdən istifadə etməyib. Son dəfə son "Can vətənim" mahnısına klip çəkdirib. İslam dinini yüksək qiymətləndirən mərhum sənətçi Kərbəla ziyarətində də olub. "Olum ya ölüm” adlı klipində də bu nüansların şahidi oluruq.


Hüseyn Dərya 2014-cü il martın 14-də gecə saat 23 radələrində paytaxtın Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı Opel Astra markalı minik avtomobilini onunla eyni istiqamətdə hərəkət edən Kamaz markalı maşına çırpıb. Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Lakin martın 15-də səhər saatlarında o dünyasını dəyişib.

Hüseyn Dərya iki dəfə ailə qurub. İlk evliliyindən 2003-cü il təvəlüdlü Ayşə adlı qızı, ikinci evliliyindən isə 2006-cı il təvəllüdlü Cahangir adlı oğlu yadigar qalıb.
2014-cü ildə Azərbaycan repçisi DaDo və müğənni Natavan Həbibi Hüseyn Dəryanın xatirəsinə "Yat dostum" mahnısını həsr edib.
Allah Rəhmət Eləsin!

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84