Britaniyadakı səfirimiz xanımının adına şirkət təsis edib - FOTOLAR

14:25 - 06 İyun
    1475 oxunma

Azərbaycanın 2014-cü ildən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqaladə və səlahiyyətli səfiri olan Tahir Tağızadə iki il əvvəl Londonda xanımı Ülviyyə Tağızadənin adına ULVI PREVENTS LTD şirkətini təsis edib.

Bizimxeber.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Onun sözlərinə görə, 2018-ci il iyunun 5-də qeydiyyatdan keçirilmiş şirkətin adı bir ay sonra dəyişdirilərək UX PR EVENTS LTD adlandırılıb. Şirkətin hüquqi ünvanı öncə Tağızadələrin London, Porchester Terrace 53-də kirayə etdikləri 9 otaqlı evdə, daha sonra Fulham Road 352-də yerləşib.

Cavanşir Həsənli həmçinin qeyd edir ki, Ülviyyə Tağızadə İngiltərədə ictimai fəaliyyətlə məşğuldur və Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycanlı Qadınlar Assosiasiyasının rəhbəridir, vaxtaşırı xarici şirkətlərin maliyyə dəstəyilə layihələr həyata keçirir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84