“Biz tənqidçiləri susdurmaq üçün oynamırıq” - Mbappe

15:15 - 17 Fevral
    30480 oxunma


“İspaniyaya qələbə üçün gəlmişdik. Çox maraqlı və qeyri-adi matç idi”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri PSJ-nin hücumçusu Kilian Mbappe deyib. 

Fransalı forvard “Barselona”ya 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra açıqlama verib. Qarşılaşmada het-trik edən futbolçu klubda hər şeydən razı olduqlarını bildirib: “Amma hər şeyə cavab oyunundan sonra aydınlıq gələcək. Hələ heç nə bitməyib. Mən PSJ-nin formasını qoruyur və onu ürəyimdə saxlayıram.

Bir oyuna görə karyeramla bağlı nəsə demək axmaqlıq olardı. Karyera elə şeydir ki, bu haqda uzun müddət düşünməlisən. Həmişə demişəm ki, PSJ-də hər şeydən razıyam və belə matçlar məni xoşbəxt edir”.

Mbappe tənqidləri problem etmədiyini də sözlərinə əlavə edib: “Bütün böyük insanlar tənqidə məruz qalıblar. Bu, problem deyil. Biz tənqidçiləri susdurmaq üçün deyil, komandamızın uğuru naminə oynayırıq”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84