Bill Qeyts atası ilə vidalaşdı

09:08 - 16 Sentyabr
    2185 oxunma

“Microsoft” kompaniyasının qurucusu Bill Qeytsin atası, məşhur xeyriyyəçi Uilyam Qeyts 94 yaşında dünyasını dəyişib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə Bill Qeyts şəxsi bloqunda bildirib.

“Ötən gün atam evdə ailəsinin əhatəsində dinc şəkildə öldü. Onu indi ifadə edə biləcəyimizdən çox darıxacağıq. Kədər, həm də minnətdarlıq hissi keçiririk. Atamın ölümü gözlənilməz deyildi, onun 94 yaşı var idi, sağlamlığı isə pisləşirdi, buna görə uzun illər boyu həyatımızda belə gözəl bir insana sahib olmaq üçün nə qədər şanslı olduğumuzu düşünmək üçün vaxtımız var idi”, - Bill Qeyts yazıb.

 “New York Times” nəşrinin yazdığına görə, Uilyam Qeytsin ölümünə səbəb Altsheymer xəstəliyi olub.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84