Baş redaktora hökm oxundu

18:13 - 16 İyun
    21570 oxunma

Ağdam Rayon Məhkəməsində Criminal.az saytının baş redaktoru Anar Məmmədovun barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb. Mahir Niftəliyevin sədrlik etdiyi prosesdə hökm oxunub.

Hökmə əsasən, A.Məmmədov Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək, qazancından 20 faiz məbləğdə dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işlər cəzasına məhkum edilib.

Cinayət Məcəlləsinin 147.12-ci (böhtan) maddəsi ilə ittihama isə xitam verilib. Qeyd edək ki, xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə Məlahət Qurbanova müraciət edib.

Şikayətə səbəb “Keçmiş nazir “Lombard Məlahət”i məhkəməyə verdi” – “Torpaqlarımı boşalt…”, “Lombard Məlahət”lə sabiq nazirin davası: “Rolls-Royce” mərkəzinin zirzəmisini bölə bilmirlər” başlıqlı məqalələr səbəb olub.

Qeyd edək ki, məhkəmə A.Məmmədovun barəsində 5,5 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası da var. O, 2018-ci ilin iyul ayında Gəncədə baş verən hadisələrlə bağlı rəhbərlik etdiyi saytda dərc edilən yazılara görə məsuliyyətə cəlb edilib. 

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84