Bakıda tragikomik hadisə: Evdən çıxmaq qadağasını kütləvi şəkildə pozan sakinlərə polis müdaxiləsi - VİDEO

23:55 - 06 İyun
    1535 oxunma

Xəbər verdiyimiz kimi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək sərt karantin rejiminə başlanılıb.

Ancaq bəzi paytaxt sakinləri heç də bu qadağa ilə barışmaq niyyətində deyillər.

Bizimxeber.az gün ərzində bir neçə dəfə bu qadağanı pozan və polisi görəndə qaçan şəxslərlə bağlı xəbər versə də, budəfəki hadisə bir az tragikomik alınıb.

Görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, Bakıdakı məhəllələrdən birində sakinlər kütləvi şəkildə həyətə çıxıblar. Bu zaman isə xidmətdə olan Post Patrul Xidmətinin əməkdaşları hadisə yerinə gəliblər.

Polis avtomobilinin səsini eşidən “qayda pozucular” isə sürətlə evlərinə doluşublar.

Əksər hissəni uşaqların təşkil etdiyi kütlənin təlaşlı anları maraqlı görüntülərə səbəb olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84