.
.

Bakı “BT”nin keçmiş rəis müavini saxlanıldı

13:47 - 07 Aprel
    9600 oxunma

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (BT-red.) 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini olmuş Eldar Mirzəyev saxlanılıb. 

Bizimxeber.az xəbər verir ki, Eldar Mirzəyev prokurorluq əməkdaşları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, qeyd olunan informasiya ilə bağlı ictimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

Qeyd edək ki, E. Mirzəyev Dövlət Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Hikmət Mustafayevin bacısı oğludur.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84