AZAL-a 86,9 milyon, 22.682 vergi ödəyicisinə cəmi 69 milyon

10:31 - 22 May
    3250 oxunma

"AZAL indiyə qədər uçuşları təxirə salınan sərnişinlərin biletlərə görə ödədiyi vəsaitləri də qaytarmayıb”. Bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. Dövlət AZAL-a 86,9 milyon manat dəstək verib.

Bizimxeber.az bildirir ki, ekspert "bu pulla 469 min 473 nəfərə 190 manat birdəfəlik ödəniş etmək olardı" deyib: "Maliyyə Nazirliyinin məlumatına görə, dövlət dəstəyi tədbirləri çərçivəsində respublikamızın ən iri aviaşirkəti olan AZAL-a 86,9 milyon manat vəsaitin köçürülməsi təmin edilib. Dövlət büdcəsindən ayrılan maliyyə dəstəyi, ilk növbədə, AZAL-da və onun tabeli təşkilatlarında çalışan işçilərin əməkhaqları və ona bərabər tutulan ödənişlərə, xarici və daxili qurumlar qarşısında olan kreditor borclara, kommunal və bir sıra digər minimal əməliyyat xərclərinin ödənilməsinə yönəldilib”.

İndiyədək 22.682 vergi ödəyicisinə 199.449 nəfər muzdlu işçinin əməkhaqqının ödənilməsi üçün 69,12 mln. manat vəsait ödənilib”. 

Qubad İbadoğlu qeyd edib ki, AZAL-a 86,9 milyon manat, amma 200 minə qədər muzdlu işçi olan 22.682 vergi ödəyicisinə 69,12 milyon manat verilib: "Fərqi görürsünüzmü? AZAL-a verilən pulla 469 min 473 nəfərə əlavə olaraq 190 manat birdəfəlik ödəniş etmək olardı. Hələ mümkündür ki, AZAL-a əlavə dəstək də göstərilsin və bu ilkin dəstək olsun”.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84