.
.

Avronun ideya müəllifi dünyasını dəyişdi

12:45 - 06 Aprel
    9960 oxunma

Dünya şöhrətli kanadalı alim, 1999-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatı laureatı olan Robert Mandell İtaliyada 89 yaşında dünyasını dəyişib. Bizimxeber.az bildirir ki, bu barədə İtalyan İnformasiya Agentliyi "Adnkronos" məlumat verib.

Mandell aprelin 4-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 

Robert Mandell avronun ideya müəllifi idi. 

60-cı illərin əvvəllərində o, optimal valyuta zonaları nəzəriyyəsi üzərində işləyən az saylı alimlərdən bidiri kimi tanınıb.

1999-cu ildə Robert Mandell valyuta məzənnəsinin pul və fiskal siyasətin təhlilinə, həmçinin optimal valyuta zonalarının təhlilinə görə Nobel mükafatına layiq görülüb.

O, karyerasının böyük hissəsini Nyu-Yorkda yerləşən Kolumbiya Universitetinə həsr edib.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84