AMEA-da şübhəli tender labirinti - korrupsiya yoxlamalarının aparıldığı deyilir

11:51 - 23 İyun
    13835 oxunma

Azərbaycan Milli Elmlər Akdemiyasının (AMEA) İşlər İdarəsində korrupsiya faktları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən yoxlamaların aparıldığı bildirilir. Bu barədə Arqument.az-a AMEA-dakı mənbələr məlumat verilib.

Yoxlamalara səbəb isə son 2 il ərzində akademiyanın nəzdində fəaliyyət göstərən institutların təmiri üçün ayrılan milyonlarla dövlət vəsaitinin təmir adı altında xərclənməsi göstərilir. Məlumata görə, AMEA-nın İşlər İdarəsinin keçmiş müdiri Fətəli Abdullayev həmkəndlisi və qohumu Nuriyev Əli Lətif oğlunun rəhbərlik etdiyi rəhbəri olduğu "Lətifoğlu" MMC-yə 2017-ci ildən indiyədək dövlət satınalmaları yolu ilə milyonlarla tenderlər verib. 

Bu tenderlərin böyük əksəriyyətinə ayrılan pulların mənimsənildiyi, işlərin isə yarımçıq qaldığı deyilir. Qeyd edilir ki, "Lətifoğlu" MMC şirkəti 2017-ci ilin oktyabr ayından 2019-cu ilin fevral ayınadək AMEA-nın İşlər İdarəsinin 31 satınalmasının qalibi elan edilib. AMEA-nın İşlər İdarəsi tərəfindən "Lətifoğlu" MMC-yə ayrılan vəsaitlər isə ümumilikdə 3 milyon manata yaxındır.

Məlumata görə ayrılan vəsaitlər əsasən Nabatat bağının, Zoologiya İnstitutunun, Biofizika, Torpaqşünaslıq və digər institutların laborotoriyalarının təmiri üzrə silinib. "Lətifoğlu" MMC-nin hazırda dövlətə olan vergi borcu isə 52.872 manat təşkil edir. AMEA-dan yoxlamalarla bağlı suala cavab almaq mümkün olmayıb. /Arqument.az/

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84