Almaniya ABŞ-a qarşı sanksiyalar hazırlayacaq

21:35 - 28 İyun
    1480 oxunma

Rəsmi Vaşinqtonun “Şimal axını-2” qaz boru kəmərinə qarşı yeni maneələr tətbiq edəcəyi təqdirdə Almaniya tərəfindən ABŞ-a qarşı sanksiyalar hazırlanacaq.

"Gazeta.ru"nun verdiyi məlumata görə, bu barədə "Bloomberg" məlumat yayıb.

Nəşrin məlumatına görə, prezident Donald Tramp tərəfindən “Şimal axını-2”nın inşasının dayandırılması təhlükəsi baş verərsə, Almaniya ABŞ-a qarşı cavab verməyə hazır olacaq. 

Qeyd olunub ki, Almaniya kansleri Angela Merkel AB-yə ümumi cavab addımı atmaq üçün təzyiq göstərə bilər.

Qeyd edək ki, “Şimal axını-2” qaz boru kəmərinin inşası ABŞ-ın 2019-cu ilin dekabrında qaz kəməri podratçılarına qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən dayandırılıb. Rusiya Prezidenti Vladimir Putin 2020-ci ilin yanvarında boru kəmərinin Rusiya tərəfindən tamamlanacağını, ancaq tikintinin planlaşdırıldığından bir neçə ay sonra yekunlaşacağını söyləmişdi. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84