.
.

"ABŞ Tehranla danışıqlara hazırdırsa, bu İran xalqının qələbəsidir" - Ruhani

12:42 - 07 Aprel
    8880 oxunma

"ABŞ rəhbərliyi danışıqlara hazır olduğunu göstərdi, Tehran da öz növbəsində bütün sanksiyaların ləğvi şərtilə nüvə proqramı ilə bağlı öhdəliklərinə qayıtmağa hazırdır".

Bizimxeber.az "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə İran prezidenti Həsən Ruhani hökumətin iclasında deyib.

"Bu gün ABŞ-ın danışıqlar üçün ayıldığının şahidi oluruq və bütün sanksiyaların ləğvi müqabilində nüvə proqramı ilə bağlı öhdəliyə qayıtmağa hazır olduğumuzu təsdiqləyirik" deyə Ruhani bildirib. İran lideri Tehranın yarımçıq qalmış məsələləri və problemləri həll etməyə hazır olduğunu vurğulayıb.

Ruhani "ABŞ bu gün birbaşa və ya dolayı danışıqlara hazır olduğunu söyləyir. Bu İran xalqının qələbəsidir" deyə bildirib.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84