ABŞ-dakı etirazlar noyabra kimi davam edəcək - Puşkov

14:19 - 06 İyun
    1440 oxunma

Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov Amerikada davam edən etirazların 2020-ci ilin noyabrına qədər bitəcəyini deyib. 

Bizimxeber.az xəbər verir ki, "Parlament qəzeti”nə verdiyi açıqlamada o, Minnesota ştatında afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz aksiyalarının ABŞ-da prezident seçkiləri başlayana qədər sabitləşə biləcəyini açıqlayıb.

Puşkov onu da əlavə edib ki, məhkəmədə ədalətin qalib gələcəyinə əmindir, çünki bu dəfə polislərin əməlinin üstünü ört-basdır etmək mümkün olmayacaq. Onun sözlərinə görə, "etnik bomba" ABŞ-da müntəzəm olaraq partlayır, bununla bağlı talançılar cəsarətlənəcək, xuliqanlar həbs ediləcək və ümumi vəziyyət prezident seçkilərindən xeyli əvvəl sabitləşəcək".

Xatırladaq ki, ABŞ-da prezident seçimi 3 noyabr 2020-ci ildə keçiriləcək. /Qaynar/


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84