.
.

ABŞ üçüncü dünya müharibəsinə hazırlaşır -  The National Interest

12:26 - 06 Aprel
    14600 oxunma

"ABŞ-ın Hərbi Hava Qüvvələri müntəzəm olaraq təlimlər keçirir və bu təlimlər çərçivəsində böyük dövlətlərin irimiqyaslı hava hücumlarından müdafiə modelləşdirilir". 

Bizimxeber.az bildirir ki, bu barədə tanınmış siyasi şərhçi Kris Osborn "The National Interest"ə yazdığı məqaləsində qeyd edir ki, ABŞ HHQ-nin "Red Flag" təlimlərində qabaqcıl HHM vasitələrinə və beşinci nəsil yüksək texnologiyalı təyyarələrə malik "qırmızı komanda" adlandırılan təcrübəli və yaxşı silahlanmış rəqiblə üzləşirlər.

Ekspertin fikrincə, bu yolla ABŞ üçüncü dünya müharibəsinə hazırlaşır.

"ABŞ Hərbi Hava Qüvvələrinin məruzəsinə əsasən, təlimlərin məqsədi silahlı qüvvələri böyük müharibəyə hazırlamaqdır. Hava döyüş taktikası "Qırmızı Bayraq" təlimlərinin ssenarilərində əsas istiqamət olaraq qalır, lakin kosmosda və kiberməkanda görünə biləcək təhdidlər də nəzərə alınır. Beləliklə, Silahlı Qüvvələr uğurlu missiyanın həyata keçirilməsi üçün istənilən düşmən maneəsinə cavab verməyə və onları aradan qaldırmağa hazır olmalıdırlar", - deyə məqalədə qeyd edilir.

İcmalçı vurğulayır ki, kosmik və ya kibeməkanda təhdidlər yaranarsa, düşmənin HHM-nin məhv edilməsi ABŞ HHQ üçün daha çətin məsələyə çevriləcək.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84