“30 min verib qızımın meyidini xəstəxanadan təhvil aldım” – Video

00:19 - 27 İyun
    11940 oxunma

Bakıda xərçəng xəstəliyindən əziyyət çəkən Təbəssüm Məmmədova 18 gün əvvəl yerləşdirildiyi “Bona Dea Beynəlxalq Hospitalı”nda ağciyər çatışmazlığından vəfat edib.

Bizimxeber.az xəbər verir ki, qafqazinfo-nun məlumatına görə, ötən gün vəfat edən 22 yaşlı qızın meyiti doğmalarına təhvil verilməmişdi.

Məsələ ilə bağlı sosial şəbəkələrdə videomüraciəti yayılan mərhumun anası Elnurə Məmmədova iddia edib ki, qızının meyiti xəstəxanaya borcları olduğu üçün ailəsinə təhvil verilməyib.

Onun bu müraciətindən sonra gənc qızın meyiti ailə üzvlərinə verilib. Qadın 30 min ödədikdən sonra övladının meyitini təhvil aldığını bildirib.

https://ok.ru/video/1750704458346?fromTime=108

Məsələ ilə bağlı sujeti təqdim edirik:


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84