27 illik həsrətin bitdiyi gün: Ağdam azaddır - VİDEO

16:02 - 20 Noyabr
    1780 oxunma

Prezident İlham Əliyevin xalqa müraciəti zamanı Ağdamın azad olunmasını deməsi və “ağdamlılar siz artıq qaçqın deyilsiniz!” ifadələri ağdamlılar üçün ən böyük hədiyyə idi. 

Baku TV xəbər verir ki, bu günü Ağdamlılar böyük coşqu ilə qeyd edirlər. Bu gün ağdamlıların günüdür. Tarixə qızıl hərflərlə yazılacaq azadlıq günü və 27 illik həsrətin bitdiyi gün. Hüseyn babanın göz yaşlarını anlamaq o qədər də çətin deyil. 27 ildir azərbaycanlıların ayağı dəyməyən Ağdamda indi müzəffər ordumuz var.

Və bu, artıq hər şey deməkdir. Təkcə Hüseyn baba deyil, bütün ağdamlılar bu gün yalnız sevincdən ağlayır. “Təsəvvür edirsiniz 27 il əvvəl təkcə canımı götürüb çıxdığım Ağdam artıq azaddır. Mən heç vaxt unutmaram o günləri”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84