22 yaşlı Təbəssümün cəsədini girov saxlayan "Bona Dea İnternational" hospitalı kimindir?

14:32 - 27 İyun
    8930 oxunma

Son iki gün “22 yaşlı Təbəssümün cəsədini girov saxlayan” xəstəxana kimi gündəmi zəbt edən Bona Dea Xəstəxanası hər kəsdə bu klinikaya qarşı nifrət və amansızlıqdan başqa, həm də mərhəmətsizlik və pula düşkünlük keyfiyyəti ilə yadda qaldı.   

Təbəssümün anasının sosial şəbəkələrdə göz yaşları ilə “pulum qalmadı, qızımın nəşini verin dəfn edim” hayqırtısından sonra bütün ictimaiyyətin qınağına tuş gələn Bona Dea Xəstəxanası açıqlama yaydı və bildir ki, “borcları var”. 

Nəhayət Təbəssümün anası Elnurə Əsgərova sosial şəbəkədə Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevaya videomüraciət etdi. 
Onun bu müraciətindən sonra gənc qızın meyidi ailə üzvlərinə verildi. Lakin qadın 30 min manat ödədikdən sonra övladının meyidini təhvil aldığını bildirdi.

Bəs görəsən mərhəmət hissindən uzaq olan "Bona Dea İnternational" hospitalı kimindir?

Əldə etdiyimiz məlumata əsasən, bu yaxınlarda Bakıda açılan "Bona Dea International" hospitalı iş adamı Faiq Əliyevin biznesinin bir hissəsidir. 

Bizimxeber.az “Marja.az”a istinadən xəbər verir ki, "Bona Dea Medikal" və "Bona Dea" şirkətlərindən başqa, Faiq Becan oğlu Əliyev "Palitra" MMC, "Riva-İnşaat" MMC, "Riva" MMC, "Makro Qrup" MMC və "Format Qrup" MMC-nin təsisçisidir.

 "Riva-İnşaat" MMC "SOCAR Petroleum"un tədarük etdiyi neft məhsullarının çox az sayda topdan alıcısından biridir. "Palitra" MMC "Port Baku", "SOCAR Tower", "White City Head Office" və Bakı Olimpiya Stadionunun bəzək işlərində iştirak edib.

Qeyri-rəsmi məlumatlara görə, hospitalın tikintisini SOCAR dövlət şirkəti maliyyələşdirib. Ancaq bu, təsdiqini tapmayıb.

Eyni zamanda sosial şəbəkələrdəki materiallara görə, bu super müasir kompleksinin tikintisini UNICO şirkəti həyata keçirib. Şirkətdən "Marja"ya bildirildi ki, UNICO obyektin tikintisini tam deyil, yalnız müəyyən iş növlərini yerinə yetirib.

 UNICO şirkəti Bakıda Heydər Əliyev Mərkəzi, Dövlət Neft Fondunun binası, Port Baku-da BP şirkətinin ofisi, Su Mərkəzi, Kristal zal və digər mühüm obyektlərin inşasında da iştirak edib.


 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84