12 yaşlı uşağı kim öldürüb? - Əmisi danışdı

16:37 - 22 May
    2155 oxunma

Cəbrayılın vəhşi heyvan tərəfindən parçalanaraq öldürülməsi yalandır.

Bizimxeber.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında bu gün meyiti tapılan 12 yaşlı Cəbrayıl Məmmədlinin əmisi Rahim Məmmədov deyib.

O bildirib ki, hadisə ilə bağlı kiminsə şübhəli şəxs qismində tutulması da həqiqətə uyğun deyil: “Ailə üzvləri olduqca sakit və tərbiyəli adamlardır. Onların kənddə kiminləsə işi olmayıb ki, kimdənsə şübhələnək. Uşaq dünən təkbaşına velosipedi ilə arxa su ardınca gedib. Həmin gün nə qədər axtarsaq da, tapa bilmədik. Yalnız velosipedi getdiyi ərazidə idi. Meyit bu gün 12:00-da tapılıb”.

R.Məmmədov deyib ki, meyitin parçalanması, hissələrə bölünməsi ilə bağlı deyilənlər yalandır: “Başında çapıq var idi, qulaqlarından qan gəlmişdi. Kiminsə öldürməsi, yaxud yıxılaraq ölməsi ilə bağlı hər hansı dəqiq məlumat yoxdur. Hazırda meyit ailəsinə təhvil verilib. Amma ekspertiza rəyi açıqlanmayıb”.

Qeyd edək ki, 12 yaşlı Cəbrayılın əvvəlcə ayı hücumuna məruz qaldığı bildirilsə də, daha sonra öldürülərək çaya atıldığı barədə iddialar yayılıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84