Xanım deputatın maşını cərimə meydançasına aparıldı
Xanım deputatın maşını cərimə meydançasına aparıldı
16 Sentyabr 2016 / 19:46 / Baxış sayı: 596
Font1 Font2 Font3 Font4
Bizimxeber

İki gün əvvəl Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində bahalı avtomobili saxlayaraq cərimə meydançasına aparıblar. Buna səbəb isə həmin avtomobillə bağlı xeyli miqdarda ödənilməyən cərimənin olmasıdır.

Həmin avtomobil Milli Məclisin xanım deputatlarından birinin şəxsi maşını olub.

Sürücü tərəfindən idarə olunan nəqliyyat vasitəsinin ödənilməyən cərimələrinin miqdarı isə 5 min manatı aşıb.

Millət vəkilinin kimliyi barədə dəqiq məlumat verilməsə də, onun avtomobilinin bir gün cərimə meydançasında saxlanıldığı bildirilir. Məlumata görə, xanım deputat cərimələrin bir qismini ödəyəndən sonra avtomobili cərimə meydançasından çıxara bilib. (avtosfer.az)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə