Xalq artistinin doğum günündə də miras qalmaqalı səngimir
Xalq artistinin doğum günündə də miras qalmaqalı səngimir
17 Avqust 2016 / 12:06 / Baxış sayı: 1410
Font1 Font2 Font3 Font4
Bizimxeber

Məhkəmə Orxanın İlhamə Quliyevanın oğlu olmadığı haqda qərar çıxarıb

Bu gün mərhum xalq artisti, müğənni İlhamə Quliyevanın doğum günüdür. Bununla belə, onun miras qalmaqalı səngimək bilmir. Bu dəfə də miras qalmaqalının yenidən gündəmə gəlməsinə səbəb xalq artistinin qohumu, müğənni Əli Mirəliyevin sensasion açıqlamaları olub. Onun sözlərinə görə, məhkəmə miras qalmaqalına artıq son qoyub və mərhum sənətçinin hüquqi varisləri yalnız bacıları İradə və Gülbahar Quliyevalardır.
Mərhum müğənninin oğulluğu Orxan Nadirov isə məsələ ilə bağlı azvision.az saytına açıqlama verərək Əli Mirəliyevin dediklərini təkzib edib: “Əli Mirəliyev yalan danışır. Məhkəmə mirasla bağlı qərar qəbul etməyib. Əgər məhkəmə qərar veribsə, qərarın surətini çıxarıb göstərsinlər. Əli Mirəliyevin nə məhkəmədən, nə də hansısa sərvətdən xəbəri var. Onun dedikləri ağ yalandır. Şayiə yaymaq, ictimaiyyət arasında psixoloji təzyiq göstərmək metodudur. Əli Mirəliyevə bir daha xəbərdarlıq edirəm ki, yaşına-başına hörmət etsin. Ayıbdır, yalan danışmaq kişiyə yaraşmaz”.
O.Nadirov mirasla bağlı məhkəmənin nə zaman keçiriləcəyindən məlumatsız olduğunu deyib: “Hələ ki araşdırma aparılır. Araşdırmaya əsasən sonda qərar qəbul ediləcək. Əgər mirasa onlar layiqdirlərsə, mən kənara çəkiləcəyəm. İnanıram ki, ədalətli qərar veriləcək”.
Orxan Nadirovun vəkili Habil Vəliyev isə “Yeni Müsavat”a  daha ilginc açıqlama verib. Vəkil bildirib ki, Orxanın övladlığının müəyyənləşdirilməsi ilə bağlı verdiyi şikayət məhkəmə tərəfindən rədd edilib: “Qeyd edim ki, bacılar (İradə və Gülbahar Quliyevaları nəzərdə tutur – G.X.) məhkəməyə müraciət etməyib. Biz məhkəməyə övladlığın müəyyən olunması ilə bağlı müraciət  etmişdik. Müəyyən yol verilmiş yanlışlıqlar, səbəblər üzündən şikayət rədd olunub. Yəni heç kimin xeyrinə qərar qəbul edilməyib”.
Vəkil onu da vurğuladı ki, tezliklə məsələ ilə bağlı Apelyasiya Məhkəməsinə müraciət olunacaq: “Burda problem yoxdur. Tezliklə övladlığın müəyyən olunması ilə bağlı qərar qəbul  olunduqdan  sonra məsələyə tam aydınlıq gətiriləcək”.
Xatırladaq ki, bu gün mərhum müğənninin doğum günüdür. Yaşasaydı müğənninin 73 yaşı tamam olacaqdı. Onun vəfatından bu günədək oğulluğu Orxan Nadirov, bacıları və yaxın qohumları arasında varislik və sərvət qalmaqalı səngimir.
Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə