Xaləddin İsgəndərovun “Təmiz Binəqədi”si iflasa uğradı -FOTOLAR
Xaləddin İsgəndərovun “Təmiz Binəqədi”si iflasa uğradı -FOTOLAR
30 Oktyabr 2016 / 18:14 / Baxış sayı: 1866
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakının Binəqədi rayonunda davamlı yağışlardan sonra yaranmış subasması davam edir. Musavat.com-un məlumatına görə, Binəqədi şossesinin Rəsulzadə qəsəbəsinə yaxın hissəsində təxminən 2 km məsafədə hələ də böyük həcmdə su var. 

Fotolardan da göründüyü kimi, FHN-nin və “Azərsu” ASC-nin xüsusi texnikası suyu çəkib, kənara vursa da, nəticəsi olmur. Artıq Bakıda və Abşeron yarımadasında 1 həftədir ki, güclü yağışlar dayanıb. Amma Binəqədi şossesi hələ də sel-su altındadır.
Vaxtilə bu ərazidə qrunt sularının əmələ gətirdiyi gölməçələr olub. 2000-ci illərin əvvəllərindən başlayaraq, İcra Hakimiyyəti və bələdiyyə gölməçələri qurudaraq ərazini əhaliyə satıb.
Mütəxəssislərin iddiasına görə, həmin qrunt sularının fəsadlarını aradan qaldırmaq üçün ərazidə tikilən əksər evlər və iaşə obyektləri sökülməlidir. Bir başqa iddiaya görə isə, həmin qrunt suları Böyük Şor gölünə axırmış. Hazırda həmin su axınının göllə əlaqəsi süni şəkildə kəsildiyinə görə bu cür fəsadlar yaranıb.
Xaləddin İsgəndərov Binəqədi RİH-nə başçı təyin olunduqdan sonra “Təmiz Binəqədi” layihəsi çərçivəsində bəzi işlər görməyə başladı. Amma X.İsgəndərovun icra başçısı kimi gördüyü əksər layihələr fiaskoya uğrayıb.
Onun Sumqayıt yolunda saldırdığı süni təpələr Avtovağzal Kompleksinə və magistral yola ciddi ziyan vurdu. Rayon ərazisindəki binalara çəkdirdiyi “poliureten” üzlüklər böyük yanğına səbəb oldu. Bunun nəticəsində 2015-ci ilin may ayının 19-da çıxan yanğında 18 vətəndaşımız həyatını itirdi, dövlətə böyük ziyan dəydi.
İndi də Bakının ən böyük şosselərindən birini sel-su basıb, heç cür qarşısını almaq mümkün olmur.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə