Wikileaks rəhbərindən Türkiyədəki qiyam gecəsi ilə bağlı açıqlama
Wikileaks rəhbərindən Türkiyədəki qiyam gecəsi ilə bağlı açıqlama
04 Avqust 2016 / 11:09 / Baxış sayı: 590
Font1 Font2 Font3 Font4
Bizimxeber

Culian Assanj: NBC telekanalının Ərdoğanın Almaniyaya qaçması barədə yaydığı məlumat qiyamçı generallara xidmət edirdi.

Wikileaks saytının yaradıcısı Culian Assanj Türkiyədə baş verən 15 iyul hadisələri ilə bağlı maraqlı fikirlə çıxış edib. O, bu hadisələrin izini olay gecəsi NBC telekanalında yayılan məlumatda axtarmağı tövsiyə edib.

“15 iyul gecəsi Türkiyədə baş verən hərbi çevriliş cəhdi zamanı NBC telekanalının Ərdoğanın Almaniyaya qaçması barədə yaydığı məlumat qiyamçı generallara xidmət edirdi.” — deyə Assanj Ruptly TV-nin yaydığı müsahibəsində bildirib.

O, NBC-nin xəbəri ABŞ generalitetinə istinadla yaymasına diqqət çəkib:

“NBC həmin xəbərin mənbəyi kimi ABŞ-ın hərbi dairələrini göstərdi. Bu addım Türkiyədə hərbi çevriliş cəhdinin uğur qazanması üçün atıldı. Əgər prezident xaricə qaçırsa, bu onun ölkəni idarəni edə bilmədiyi mənasına gəlir.”

Assanj ABŞ prezidentliyinə namizəd Hillari Klintonun da bu məsələdə əli ola biləcəyinə işarə edib:

“Hillari Klintona yaxınlığı ilə seçilən NBC-nin bu mövqeyi ABŞ-Türkiyə əlaqələrinə təsirsiz ötüşməyəcək. Çünki qiyam gecəsi xeyli insan öldü, sonrakı günlərdə isə minlərlə şəxs həbs edildi.”

Xatırladaq ki, NBC də daxil olmaqla, bəzi Qərb media orqanları 15 iyul gecəsi Türkiyədə hərbi çevriliş cəhdinin uğurlu olması ilə bağlı məlumatlar yaymışdı.(sputnik.az)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə