“Wall Street Journal”: Ağ Ev gizlicə İrana 400 milyon dollar ödəyib
“Wall Street Journal”: Ağ Ev gizlicə İrana 400 milyon dollar ödəyib
03 Avqust 2016 / 10:53 / Baxış sayı: 796
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ prezidenti Barak Obamanın administrasiyası gizlicə İrana nağd şəkildə 400 milyon dollar ödəyib. Özü də bu proses İranda həbs edilən dörd amerikalının yanvar ayında azad edilməsi ilə üst-üstə düşüb.

“Report” xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti amerikalı və avropalı məmurlara istinadən yazıb.

Mənbələr iddia edir ki, İrana içərisində avro, İsveçrə frankı və digər valyutalarda pullar (İran qanunlarına görə, dollar gətirilməsi yasaqdır – red.) olan taxta palletlər gətirilib. Əskinazlar Hollandiya və İsveçrə Mərkəzi Banklarından alınıb.

Amma mənbələr pulla dolu təyyarənin nə zaman Tehrana endiyini dəqiqləşdirməyib. Eyni zamanda, İran mənbələrinə görə, pulla dolu təyyarə paytaxtın Mehrabad aeroportunda yerə enən kimi İran hökuməti dörd ABŞ vətəndaşını azad buraxıb. Onların İranı yanvarın 17-də tərk etdiyi, azad edilmə ilə bağlı qərarın isə bundan bir gün əvvəl qəbul edildiyi məlumdur.

Öz növbəsində, ABŞ yeddi İran vətəndaşını azad edib və saxlanılıb ekstardisiya edilməsinə qərar verilmiş 14 nəfər barədə sorğunu ləğv edib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə