Vüqar Qaradağlı ATV-də “fövqəlvəziyyət” elan etdi – “CANLI JUÇOK” AXTARILIR
Vüqar Qaradağlı ATV-də “fövqəlvəziyyət” elan etdi – “CANLI JUÇOK” AXTARILIR
14 Noyabr 2016 / 14:48 / Baxış sayı: 1314
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ötən gün ATV kanalında yayımlanan “Səni axtarıram” verilişinin kadrarxası arxiv görüntülərinin yayılmasının ardından telekanalda bir növ fəvqəladə vəziyyət elan edilib. Televiziyadakı mənbələrin BakiPost.az-a verdiyi məlumatlara görə, kanalın prezidenti Vüqar Qaradağlı yayılan görüntülərdən bərk həyəcana düşüb və arxiv materialının kim və ya kimlər tərəfindən müxalif mətbuata sızdırıldığını araşdırır.

V.Qaradağlı kanaldakı “canlı juçok”un kimlərin diqtəsi ilə iş yerinə “xəyanət” etdiyini öyrənmək üçün bütün imkanlarını işə salıb. Şirkətdəki ən etibarlı adamlarını bu məsələni öyrənməyə ayırıb. Mənbəmiz bildirir ki, hazırda bu kadrların kimlər tərəfindən kanaldan çıxarılmış ola biləcəyi barədə siyahı tərtib edilib və Vüqar Qaradağlıya təqdim edilib. 

O da qeyd edilir ki, ATV prezidenti məlum görüntüləri yayan adamın bu işi özbaşına və öz ağlı ilə etdiyinə birmənalı qaydada inanmır. Qaradağlı hesab edir ki, ATV kanalından kiminsə arxiv materialı çıxarması üçün hökmən o adamın arxasında hansısa “önəmli fiqur”(lar) olmalıdır.

Onu da bildirək ki, artıq kanalda bir neçə texniki işçi bu məsələ ilə bağlı cəzalandırılıb. Ancaq cəzalandırılan həmin şəxslər kadrların yayılmasına birbaşa məsuliyyət daşıyan şəxslər deyil, sadəcə hansısa məqamda ehtiyatsızlıq etdikləri üçün kanal rəhbərliyinin qəzəbinə tuş gəliblər. Mənbəmizin sözlərinə görə, bu gün səhər erkəndən ATV prezidenti ən yaxın adamları ilə toplantı keçirib və bu qalmaqalı necə sovuşduracaqlarını müzakirə edib.  

İlkin ehtimallara görə, ATV rəhbərliyi də eynən Xoşqədəm Hidayətqızının meydan.tv-yə açıqlamasındakı kimi qarşı tərəfi – yəni elə veriliş müəllifini suçlayacaq. Bu arada, məlum olub ki, artıq qalmaqallı kadrlar “youtube”dan silinib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə