Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Vilayət Eyvazov: “Cavidin qatilləri dərhal tutulmalıdır”

950 oxunma | Tarix: | 2 həftə öncə

Azərbaycanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun göstərişi əsasında Ukrayna Milli Polisində görüş keçirilib. DİN-dən Bizimxeber.az-a verilən məlumatına görə, DİN-in Azərbaycanın Ukraynadakı səfirliyinin nəzdindəki nümayəndəsi, polis polkovniki Şahin Qocayev Milli Polisin birinci müavini, polis generalı Yevqen Koval ilə görüşərək soydaşlarımıza qarşı, o cümlədən Kiyevdə Azərbaycan vətəndaşı Cavid Hacıyevi qətlə yetirən cinayətkarların tezliklə tutulmasının vacibliyini vurğulayıb.

Yevqen Koval azərbaycanlılara qarşı törədilən cinayətlərin açılmasının, axtarışda olanların tutulmasının nəzarətdə saxlanıldığını, problemlərin tezliklə həll olunacağını qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı səfərlərin təşkili, ikitərəfli münasibətlər, səmərəli əməkdaşlığın qurulması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Müzakirələrdə Ukrayna Milli Polisinin Cinayət-Axtarış Departamentinin rəisi, polis polkovniki Vadim Dzyubımski və kollegiyanın üzvləri də iştirak ediblər. Qeyd edək ki, ilkin ehtimallara görə, oktyabrın 7-də 22 yaşlı azərbaycanlı rəqqas, iqtisadçı Cavid Hacıyev Kiyevdə dostu Əli Abdullayev tərəfindən baltalanaraq öldürülüb.
XƏBƏRLƏR:  Toyda atəş açan şəxs tutuldu-Video

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir