Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Vilayət Eyvazov “Bandotdel”ə yeni rəis təyin etdi

740 oxunma | Tarix: | 4 ay öncə

Daxili İşlər naziri Vilayət Eyvazov “Bandotdel”ə yeni rəis təyin edib. Bizimxeber.az xəbər verir ki, nazirin əmri ilə Nəsimi Rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev vəzifəsindən azad edilərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, “Bandotdel”in bundan öncəki rəisi Seyfulla Əzimov nazirin birinci müavini təyin edilib. Xatırladaq ki, polkovnik Ə.Rzayev Nəsimidən əvvəl Şəki və Sabunçu rayon Polis İdarələrinin rəisi işləyib. O, eyni zamanda, BDU-nun “Konstitusiya hüququ kafedrası”nın müəllimidir.

XƏBƏRLƏR:  Lavrovdan Qarabağ münaqişəsi ilə bağlı yeni AÇIQLAMA

Fotoda Əbülfət Rzayev 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir