Qeyd edək ki, Valeh xalq artisti Mələkxanım Əyyubovanın qardaşı oğlu, müğənni Ramal İsrafilovun qardaşıdır. Valeh özü də müğənni kimi fəaliyyət göstərir.

Bundan əvvəl müğənni Mətanət Əsədovanın içki məclisində yayılan videosunda da onun adı hallanırdı. Həmin məclisə Əsədovanı Valehin dəvət etdiyi, onların bir arada olduğu bildirilmişdi.

Xatırladaq ki, martın 31-də sosial şəbəkələrdə və bəzi internet saytlarında bir qrup şəxsin sərxoş vəziyyətdə əxlaqsızlığı təbliğ edən və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətlərini özündə əks etdirən videogörüntü yayılıb.

Videoya görə, Bakı şəhər sakini Valeh İsrafilov və RF vətəndaşı, əvvəllər məhkum olunmuş Cahid Kərimov tərəfindən təşkil olunmuş və orada iştirak edən 3 qadının da görüntüləri məhz C.Kərimov tərəfindən çəkilərək sosial şəbəkədə yayımlanıb. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.