Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

“…verilən bu medalı haram hesab edirəm” – Sabir Rüstəmxanlı

763 oxunma | Tarix: | 4 ay öncə

Azərbaycanın xalq şairi, Milli Məclisin sabiq deputatı Sabir Rüstəmxanlı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 – 2018)” yubiley medalı ilə təltif olunan şəxslərdən danışıb. 

S.Rüstəmxanlı Demokrat.az-a açıqlamasında bildirib ki, sözügedən medalı alanlar arasında ona layiq olmayan şəxslər var. Xalq şairi yubiley medalı ilə təltif olunan şəxslər arasında Məmməd Əmin Rəsulzadəni təhqir etmiş deputat Naqif Həmzəyevin olması məsələsinə isə belə cavab verib:

XƏBƏRLƏR:  Elmar Qasımovdan yeni təyinat (FOTO)

“Mən Azərbaycan Xalq Cümhuriyyətinin tarixini bilməyən, Cümhuriyyət haqqında təsəvvürü olmayan, onun ənənələrini qorumayan və öz həyatında Cümhuriyyət qurucularını yaşatmayan adamlara verilən bu medalı haram hesab edirəm. Bu, sözügedən məsələ ilə bağlı mənim qəti mövqeyimdir. Bu cür adamlardan kimlər medal alıbsa, onlar bu medala layiq deyillər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir