Vergi borcu olan iş adamlarına qadağa – Ölkədən çıxmaq olmaz…
Vergi borcu olan iş adamlarına qadağa – Ölkədən çıxmaq olmaz…
26 İyul 2016 / 12:58 / Baxış sayı: 632
Font1 Font2 Font3 Font4
Bizimxeber

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin siyahısını yeniləyib. Bizimxeber.az nazirliyə istinadən bildirir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən, vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir”. Nazirlikdın bildirilib ki, 283 nəfər fiziki şəxsin, 313 nəfər isə hüquqi şəxslərin icra orqanları rəhbərlərinin vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılıb. Siyahı ilə bu linklərə daxil olaraq tanış ola bilərsiniz.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə