Velosipedçimiz finişə çata bilmədi – İdmançılarımızın Riodakı biabırçı nəticələri
Velosipedçimiz finişə çata bilmədi – İdmançılarımızın Riodakı biabırçı nəticələri
12 Avqust 2016 / 11:16 / Baxış sayı: 596
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rioda keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən 56 idmançıdan 20-si çıxışını başa vurub. AzNews.az xəbər verir ki, çıxışını baça vuran idmançılar arasında sadəcə 2-si mükafat qazana bilib. Cüdoçularımız Rüstəm Orucov və Elmar Qasımov gümüş medal qazanıblar.

Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxışlarını başa vuran idmançılar bunlardır:

Cüdo

Orxan Səfərov (60 kq) – 5-ci yer
Nicat Şıxəlizadə (66 kq) – 1/8 finalda uduzub
Məmmədəli Mehdiyev (90 kq) – 7-ci yer
Elmar Qasımov (100 kq) – gümüş
Rüstəm Orucov (73 kq) – gümüş

İdman gimnastikası
Oleq Stepko (fərdi çoxnövçülük) – finalda 22-ci yer
Pavlo Paxnyuk (fərdi çoxnövçülük) – 34-cü yer

Boks
Rüfət Hüseynov (49 kq) – 1/16 finalda uduzub
Cavid Çələbiyev (56 kq) – 1/16 finalda uduzub
Pərviz Bağırov (69 kq) 1/8 finalda uduzub
Abdulqadir Abdullayev (91 kq) – 1/4 finalda uduzub

Velosiped idmanı
Yelena Pavluxina (şosse velosipedi – qadınlar) – 35-ci yer
Maksim Averin (şosse velosipedi – kişilər) – finişə çata bilməyib

Üzgüçülük
Fatimə Alkərəmova (100 metr məsafəyə sərbəst üsulla) – 48 iştirakçı arasında 41-ci yer
Boris Kirillov (200 metr məsafəyə arxası üstə) – 26 iştirakçı arasında sonuncu yer

Akademik avarçəkmə
Aleksandr Aleksandrov – Boris Yotov (2 nəfərlik qoşa avarlı qayıq – M2X) – 12-ci yeri tutub.

Kanoe-slalom

Yure Meqliç (1 nəfərlik kayak qayığı) – yarımfinalda 14-cü yer

Atıcılıq
Ruslan Lunyov (pnevmatik tapançadan 10 metr məsafəyə atış) – seçmə mərhələdə 15-ci yer

Qılıncoynatma
Səbinə Mikina (sablya) – 1/16 finalda uduzub

Oxatma
Olqa Senyuk (Kamandan oxatma) – 1/32 finalda uduzub.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə