Vaşinqtonda dəmiryol vağzalında terror təhlükəsi
Vaşinqtonda dəmiryol vağzalında terror təhlükəsi
28 İyul 2016 / 9:59 / Baxış sayı: 632
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ-ın paytaxtı Vaşinqtonda mərkəzi dəmiryol vağzalında bütün sərnişinlər təxliyə edilir.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə Vaşinqton polisinin nümayəndəsi bildirib.

“Vağzalda partlayış təhlükəsi var”, – deyə polis nümayəndəsi bildirib. Hadisə yerinə hüquq-mühafizə orqanları, yanğınsöndürən və tibb briqadaları cəlb edilib.

İlkin ehtimala əsasən, evakuasiya vağzalda şübhəli yükün aşkar edilməsi ilə əlaqədar keçirilir. Dəmiryol vağzalına giriş və çıxış bağlanıb. İnsidentin digər təfərrüatları barədə hələlik məlumat verilmir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə