Vaqif Verdiyevin obyektində qiymətlər qalxdı – Rentgen 5-10 manatdır
Vaqif Verdiyevin obyektində qiymətlər qalxdı – Rentgen 5-10 manatdır
26 Oktyabr 2016 / 16:05 / Baxış sayı: 1748
Font1 Font2 Font3 Font4
Bizimxeber

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xəstəxansında rentgen müayinənin qiyməti qalxdı. Nə qədər gülməli səslənsə də, bu reallıqdır. Əvvəl “nə verirsən ver”, İNDİ 5-10- VƏ YA 30 MANAT arasında dəyişir.

Bizimxeber.az əməkdaşlarının xəstəxanada olduğu zaman rastlaşdığı faktlar olduqca maraqlıdır.

Belə ki, əməkdaşlarımız institutun qəbul şöbəsində rentgen müayinə zamanı vətəndaşlara pullu xidmət göstərildiyinin şahidi olublar. Açıq şəkildə heç kimdən çəkinmədən pul istənilir.

Rentgen müayinəsinin qiymətləri aşağdakı kimidir:

Əl-ayaq – 5 manat (təkrar müyinə də ayrılıqda 5 manat)

Qabırga -10 manat

Bel-onurga (Omba) 10 manat

Diğər orqanların müayinəsi isə qiymətə görə dəyişir.

Bundan başqa gips üçün alınan pullar-

Əl-ayaq gipsi- 15-20 manat

Qabırga -25-30 manat…

Maraqlıdır baş həkim Vaqif Verdiyev “xəstəxanada xidmətlər pulsudur” dedikdə nəyi nəzərdə tutur.

Araşdırma yazısı yaxın günlərdə…

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə