Vaqif Bayatlının səhhəti hələ düzəlməyib
Vaqif Bayatlının səhhəti hələ düzəlməyib
22 Avqust 2016 / 12:44 / Baxış sayı: 656
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bir müddət öncə Türkiyədə beyin əməliyyatı keçirmiş tanınmış şair Vaqif Bayatlının səhhəti hələ qaydasına düşməyib. 

Qaynarinfo.Az şairin həyat yoldaşı Tamam Bayatlıya istinadən xəbər verir ki, onun ürəyində ciddi problemlər qalmaqdadır: “Əməliyyatdan sonra yavaş-yavaş özünə gəlir. 6 aydan sonra yenidən Türkiyəyə getməlidir. Yoxlayacaqlar, görsünlər ürəyindəki problemləri aradan qaldırmaq üçün nə etmək olar”.

Qeyd edək ki, Vaqif Bayatlı avqustun 10-da Türkiyənin Memorial Xəstəxanasında beyin əməliyyatı keçirib. Onu Türkiyədə müşaət etmiş tanınmış həkim Adil Qeybulla bildirib ki, müayinə zamanı şairin ürəyində də ciddi problemlər olduğu aşkarlanıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə