Vaqif Abdullayevdən prezidentə ŞİKAYƏT
Vaqif Abdullayevdən prezidentə ŞİKAYƏT
06 Sentyabr 2016 / 12:07 / Baxış sayı: 1768
Font1 Font2 Font3 Font4
Bizimxeber

İcra başçısı 3 həftədi vətəndaşları niyə qəbul etmir?

Beyləqanın icra başçısı Vaqif Abdullayevlə bağlı redaksiyasıza yeni məlumatlar daxil olub. Bu barədə rayon sakinləri məlumat verib. Məlumatda bildirir ki, Vaqif Abdullayev artıq 3-cü həftədi qəbul keçirmir. Sosial problemlər və digər məsələlərlə bağlı başçının qəbuluna gedənlər qapıdan geri qaytarılır.

Vaqif Abdullayev qəbuldan hər dəfə bir bəhanə ilə yayınır. Gah iclasların olduğunu, hah hansısa tədbirin keçirildiyini bildirir. Bu günlərdə isə o, müəllimlər üçün təşkil olunan seminarda iştirak edir.

Başçının əvəzinə qəbulları müavinləri keçirir. Onlar isə heç bir problemi həll etmir, vətəndaşları “yola verməklə” məşğul olur. Vaqif Abdullayev özü İcra Hakimiyyətinin binasına arxa qapıdan girib-çıxır. Hətta son günlər binada təhlükəsizlik tədbirləri gücləndirilib, İcra Hakimiyyətini qoruyan polislərin sayı artırıb.

Maraqlıdı, Vaqif Abdullayev kimdən ehtiyat edir? Bəlkə qəbuluna gələn, problemlərinin həllini istəyən vətəndaşlardan çəkinir?

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə