Valyuta ehtiyatları çox olan ölkələr
Valyuta ehtiyatları çox olan ölkələr
01 Avqust 2016 / 18:11 / Baxış sayı: 704
Font1 Font2 Font3 Font4
Bizimxeber

Valyuta ehtiyatlarının həcminə görə ilk sırada Çin gəlir. Bu ölkənin 3 trilyon 406 milyard 111 milyon dollar ehtiyatı var.

Yaponiya 1 trilyon 233 milyard 214 milyon dollar ehtiyatla ikinci yerdə gəlir.

25 Avropa ölkəsinin daxil olduğu avro zonasının 691 milyard 71 milyon dollar ehtiyatı olduğu bildirilir.

Valyuta ehtiyatlarının həcminə görə ilk sıralarda bu ölkələr yer alır:
Səudiyyə Ərəbistanı – 660 milyard 100 milyon dollar
İsveçrə – 588 milyard 241 milyon dollar
Tayvan – 425 milyard 300 milyon dollar
Honkonq – 393 milyard 792 milyon dollar
Cənubi Koreya – 374 milyard 700 milyon dollar
Rusiya – 368 milyard 300 milyon dollar
Braziliya – 356 milyard 797 milyon dollar
Hindistan – 347 milyard 208 milyon dollar.

Keçmiş SSRİ məkanından Ukraynanın valyuta ehtiyatları 14 milyard 890 milyon dollar, Belarusun ehtiyatları 4 milyard 176 milyon dollar, Moldovanınehtiyatları 1 milyard 757 milyon dollardır.Qazaxıstanın valyuta ehtiyatlarının 28 milyard 100 milyon dollar, Özbəkistanın ehtiyatlarının 15 milyard dollar,Türkmənistanın ehtiyatlarının 22 milyard 640 milyon dollar olduğu qeyd edilir.
Qonşu Gürcüstanın valyuta ehtiyatları 2 milyard 521 milyon dollar göstərilir.Ermənistanın ehtiyatları 1 milyard 209 milyon dollardır.

Türkiyənin 111 milyard 152 milyon dollarlıq valyuta ehtiyatı var. İranın ehtiyatları 93 milyard 950 milyon dollar həcmindədir.

Azərbaycanın rəsmi valyuta ehtiyatları 4  milyard 283 milyon dollar Mərkəzi Bankın,34 milyarddan bir qədər artıq isə Dövlət Neft Fondunun sərəncamındadır.

Qeyd edək ki, ölkənin valyut ehtiyatları minimum ölkənin 3 aylıq idxalını qarşılaya biləcək və ya ölkədə olan pul kütləsinin 20 %-i nisbətində olmalıdır.\fins.az\

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə