Valentina Matviyenko Bakıya səfərə gələcək
Valentina Matviyenko Bakıya səfərə gələcək
26 Sentyabr 2016 / 12:51 / Baxış sayı: 766
Font1 Font2 Font3 Font4
Bizimxeber

Noyabrın sonunda, dekabrın əvvəlində Rusiya və Azərbaycan parlamentlərarası komissiyasının növbəti ikitərəfli iclasının keçirilməsi planlaşdırılır.

Bunu “Trend”ə MDB Parlamentlərarası Assambleyasının (PA) Müşahidə missiyasının rəhbəri İlyas Umaxanov deyib.

Onun sözlərinə görə, ictimai-siyasi xadimlərdən, elm, təhsil, incəsənət, mədəniyyət nümayəndələrindən ibarət geniş tərkibli Rusiya nümayəndə heyəti sentyabrın 29-30-da V Bakı Beynəlxalq Humanitar Forumun işində iştirak edəcək.

İ.Umaxanov qeyd edib ki, ən tez bir vaxtda, ola bilsin gələn ilin əvvəlində MDB Parlamentlərarası Assambleyasının sədri Valentina Matviyenkonun Azərbaycana səfəri baş tutsun.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə