Valensiyada üçgünlük matəm elan olunub
Valensiyada üçgünlük matəm elan olunub
24 Noyabr 2016 / 15:48 / Baxış sayı: 868
Font1 Font2 Font3 Font4
Bizimxeber

İspaniyanın Valensiya şəhərinin keçmiş meri, 67 yaşlı Rita Barbera dünyasını dəyişib.

İspaniyanın üçüncü böyük şəhərini 24 il fasiləsiz idarə etmiş xanım Rita Barberanın vəfatı ilə bağlı Valensiyada 3 günlük matəm elan olunub.

Bununla bağlı Valensiyanın hazırkı meri Joan Ribo təcili iclas çağırıb. İclasda mərhum siyasətçinin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Joan Ribo şəhərdə matəm elan olunmasını təklif edib.

Rita Barbera Valensiyaya rəhbərlik etdiyi dövrdə bu şəhərin ciddi inkişafına və tanınmasına nail olub. O, mer postunu tərk etdikdən sonra İspaniya parlamentinin üzvü kimi fəaliyyət göstərirdi.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə